ASCO-nun əməkdaşları üçün “Risklərin idarə edilməsi” mövzusunda təlimlər keçirilir

279

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün “Risklərin idarə edilməsi” mövzusunda təlimlər keçirilir.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, təlimlərin təşkili “Ernst&Young” şirkətinin Kiyevdə yerləşən Biznes Akademiyasına həvalə olunub. Bununla bağlı “Ernst&Young” ilə ASCO arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət ASCO-nun rəhbər şəxsləri üçün üç istiqamətdə proqram hazırlayıb. Bunlar “Risk-menecment”, “Risklərin idarəedilməsi, biznes qərarlarında risklərin qiymətləndirilməsi”, “Effektiv kommunikasiya” təlimidir.

Artıq ilk 2 təlim başa çatıb, sonuncu təlimin isə noyabrın 21-22-də keçirilməsi nəzərdə tutulur. Təlimləri başa vuranlara “Ernst&Young” tərəfindən sertifikatlar verilir. Hər təlimdə 40 əməkdaşın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, “Risklərin idarə edilməsi, biznes qərarlarında risklərin qiymətləndirilməsi” üzrə təlimlərin təşkili Gəmiçiliyin 2019-2023-cü illəri əhatə edən 5 illik strateji Tədbirlər Planında əksini tapıb© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır