Dənizçilərin beynəlxalq standartlara uyğun tibbi müayinəsi haqqında məlumat kitabçası çap olunub

350

Dənizçilərin beynəlxalq standartlara uyğun tibbi müayinəsi haqqında məlumat kitabçası çap olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, kitabçada dənizçilərin tibbi müayinəsi zamanı rəhbər tutulan qaydalar barədə geniş məlumat verilib. Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən tibbi müayinələr həyata keçirmək və tibbi sertifikatlar vermək səlahiyyətinə malik tibb müəssisələri üçün təlimatlar ilə də kitabça vasitəsilə tanış olmaq mümkündür. Həmçinin burada dənizçilərin beynəlxalq tibbi yararlılıq meyarları üzrə ümumi test sualları nümunələri də yerləşdirilib.

Kitabçanın layihə rəhbəri “Dənizçilər poliklinikası” MMC-nin həkimi Adıgözəl Məmmədovdur. Hələlik Azərbaycan dilində olan nəşrin gələcəkdə digər dillərdə də çapı nəzərdə tutulur. Kitabçanın elektron variantı ilə ASCO-nun rəsmi “www.asco.az” saytının “e-nəşrlər” bölməsindən tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır