Nazir müavini: “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə Çindən Avropaya daha çox yük göndərilməlidir”

356

Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya gedən “China Railway Express” yük qatarının təntənəli qarşılanma mərasimi keçirilir.

“Report” xəbər verir ki, Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qarşılanma mərasimində çıxış edərkən bildirib ki, bu ölkələrlə nəqliyyat, tranzit sahəsində əməkdaşlığımız daha da genişlənəcək.

N.Səfərov bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığa daima xüsusi önəm verir.

Nazir müavini qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TMTM) istifadə etməklə Çindən Avropaya daha çox yüklərin göndərilməsi ilə bağlı əməkdaşlığımızı davam etdirməliyik: “Bununla yanaşı, Çinlə birgə Avropaya göndərilən yük qatarlarının tanıdılmasının genişləndirilməsinə ehtiyac var”.

Xatırladaq ki, Çinin Şian şəhərindən çıxan, Mərmərə tunelindən istifadə edərək Çexiyanın paytaxtı Praqaya hərəkət edəcək ilk yük qatarı “China Railway Express” 6 noyabrda Ankaraya çatıb.