“Məqsədim dənizçilik sahəsində yaxşı mühəndis olmaq və biliklərimi bölüşməkdir”

336

Seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Elçin Abbasovla sizi yaxından tanış edirik.
2011-ci ildə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi” ixtisasına qəbul olub. 2015-ci ildə bakalavr təhsilini başa vurub.
2016-cı ilin fevralında “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda Elektrik quraşdırma bölməsində “Gəmi elektrik quraşdırıcısı” peşəsi üzrə əmək faliyyətinə başlayıb.
Bir müddət işlədikdən sonra elektrik sahəsi üzrə usta-köməkçisi kimi fəaliyyətini davam etdirib.
2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin “Enerji Menecmenti” ixtisası üzrə magistraturaya qəbul olub. 2018-ci ildə magistr pilləsini bitirərək “Enerji Menecmenti” elmi-ixtisas dərəcəsini alıb.
2017-ci ildən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Texniki Nəzarət Şöbəsində “usta” (elektrik sahəsi üzrə) vəzifəsində işləyir.
Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati İdarəetmə fakultəsinin “Menecment” ixtisası üzrə təhsil alır.
Elçin Abbasov: Məqsədim dənizçilik sahəsində yaxşı mühəndis olmaq və biliklərimi Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə bölüşməkdir.