Türkiyədə “Doğu Akdeniz-2019” hərbi dəvət təlimləri keçirilir

298

Türkiyənin ev sahibliyi etdiyi Türk Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən keçirilən “Doğu Akdeniz-2019” dəvət təlimləri başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimlərdə 15 ölkədən 47 gəmi və 4 min 700 hərbi personal iştirak edir.

Əsas məqsədi dost və müttəfiq ölkələr arasında əlaqələri daha da yaxşılaşdırmaq olan təlimlərdə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının 31 döyüş gəmisi, dəniz polisi təyyarələri, pilotsuz uçuş aparatları, Sahil Mühafizə Xidmətlərinə aid helikopterlər, hərbi təyyarələr və bir sıra digər texnika nümayiş etdirilir.

Türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü münasibətilə reallaşan təlimlərdə iştirak edən yerli və xarici gəmilərin bayraqları yarıyadək endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır