İtaliya və Monteneqro arasında sualtı enerji körpüsü açılıb

228

İtaliya və Monteneqro arasında uzunluğu 455 kilometr olan sualtı enerji körpüsü açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Monteneqronun Prezidenti Milo Cukanoviç və İtaliya Prezidenti Sercio Mattarella iştirak edib.

Sualtı elektrik kabelinin əsas hissəsi Adriatik dənizindən keçir. İlkin olaraq onun gücü 600 MVt təşkil etsə də, gələcəkdə bu rəqəm iki dəfə artırılacaq.

Layihənin dəyəri 1 milyard avrodur. Maliyyə dəstəyini Almaniya Dövlət İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı göstərib. Sözügedən layihə ilə bağlı razılaşma 2009-cu ildə imzalanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır