“Sagres” yelkənli gəmisi Tokio Olimpiadasına yola düşəcək

257

Gələn il yanvarın 5-də Portuqaliya Hərbi Dəniz Donanmasının “Sagres” yelkənli gəmisi dünya səyahətinə yola düşəcək. Yelkənli gəmi Tokioda 2020-ci il Olimpiya Oyunlarında “Portuqaliya evi” (Casa de Portugal) kimi xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, “Sagres” yelkənli gəmisinin bu səfəri həm də 1519-cu ildə Fernan de Maqalyansın dünya səyahətinin 500 illiyinə həsr ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır