ASCO sədri Rauf Vəliyev AZTV-də yayımlanan “Həftə” proqramının qonağı olub

461

ASCO sədri Rauf Vəliyev AZTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramının qonağı olub. Rauf Vəliyev telejurnalist Rövşən Məmmədovun suallarını cavablandıraraq Azərbaycanda inşa olunan ilk tanker və RoPax tipli gəmi-bərə barədə ətraflı məlumat verib. Bununla yanaşı, Sədr dövlətin gəmiçilik sahəsinə dəstəyindən, hazırda icra olunan layihələrdən və gələcək planlardan da danışıb.