Çin öz istehsalı olan ilk aviadaşıyıcı gəmini istifadəyə verib

265

Çin yerli istehsalı olan “Şandun” adlı ilk aviadaşıyıcısını Haynan əyalətinin Sanya şəhəri limanında silahlanmaya daxil edib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Çin lideri, Mərkəzi Hərbi Şuranın sədri Si Cinpin bu gün yerli vaxtla saat 16:00-da baş tutan təntənəli mərasimdə iştirak edib.

“Şandun” bütünlüklə Çinin yerli sənayesinin gücü ilə istehsal edilən ilk aviadaşıyıcı gəmisidir. Uzunluğu 315 metr, eni 75 metr, çəkisi 70 min ton olan gəmi göyərtəsində 36 qırıcı təyyarə daşıya bilər.

CXR, həmçinin Ukraynadan alınan “Varyaq” kreyserinin bazasında hazırlanan “Lyaonin” aviadaşıyıcısına da malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır