ASCO-da yeni beynəlxalq İSO 45001 standartı mövzusunda seminar keçirilib

298

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və ASCO-nun alyans tərəfdaşı olan “Caspian Marine Servises”in  (CMS) əməkdaşlarının iştirakı ilə  gəmiçilik şirkətlərində sağlamlıq və təhlükəsizlik risklərini idarə etmək üçün tətbiq olunan yeni beynəlxalq İSO 45001 standartı mövzusunda seminar keçirilib.

Seminarı kapitan Titos Giannakakisi aparıb.

Bildirilib ki, yeni standartlar şirkətlərə ofis və gəmilərdə çalışanlar üçün daha sağlam və təhlükəsiz mühit təmin etməyə imkan verir. Bununla belə, bu standartlar şirkətin göstərdiyi xidmətlərin təhlükəsizliyinə də təsir göstərir və müştərilərin gözləntilərini doğruldur.

İki saat davam edən seminar interaktiv formada keçib, iştirakçıların şirkətin fəaliyyətində bu beynəlxalq standartın inteqrasiyası və faydaları barədə sualları cavablandırlıb.

Mənbə: https://asco.az/asco-da-yeni-beynelxalq-iso-45001-standarti-movzusunda-seminar-kecirilib/