Azərbaycanla Rusiya arasında Samur körpüsünün açılışı olub (FOTO)

403

Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.

Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasiliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ruiyasnın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.

Qeyd edək ki, körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilib. Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarətdir. Burada eni 3,75 metr olan qapalı piyada zolağı da salınıb.