Qalapaqos adaları təbii fəlakət təhlükəsi ilə üzləşdi – FOTO

492

Qalapaqos adaları yanacaq daşıyan gəminin qəzası nəticəsində təbii fəlakət təhlükəsi ilə üzləşib.

DW xəbər verir ki, Ekvador hökuməti adalarda fövqəladə vəziyyət elan edib.

Unikal təbii qoruq sayılan Qalapaqos adaları YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilib.

Adalarda yerləşən Milli parkın işçiləri bildiriblər ki, gəmi qəzasının baş verdiyi ərazidə qoruyucu çəpərlər çəkilir və neft məmulatlarını neytrallaşdıran absorbentlər səpələnir.

Ekvadorun Ətraf mühitin mühafizəsi naziri Raul Ledesmanın sözlərinə görə, vəziyyət nəzarət altındadır və ekoloji riskin azaldılması üçün bütün tədbirlər görülür.