Planetimizin ən təmiz 3 dənizi

2333

Atlantik (66 m), Hind (50 m) və Sakit (62 m) okeanın suları şəffaf sayılır. Həmin okeanlara qarışan dəniz suları təbii təmizliyi ilə seçilir.  

1. Ueddell dəniziDünyanın ən təmiz sulu dənizi Antraktidada yerləşən Ueddell dənizidir. Ueddell dənizinin şəffaflığı 79 metr dərinliyə kimi uzanır, bu da digər dənizlərdən çoxdur. Yalnız distillə edilmiş şəffaf suyun sahəsi 2920 min kvadratmetrdir, maksimum dərinlik – 6 min metrdir. Bundan əlavə, Ueddell dünyanın ən soyuq dənizlərindən biri sayılır. Demək olar ki, bütün il boyu iki metr qalınlığında Antarktika buzlaqları ilə örtülü olur. Burada qış fəslində suyun temperature -2 dərəcəyə çatır. Dəniz 1823-cü ildə Ceyms Ueddell tərəfindən kəşf edilmiş və onun şərəfinə də dənizə Ueddell adı verilmişdir. 

2. Ölü dəniz Ölü dəniz həm təmiz, həm də ən duzlu dənizdir. Duz dənizin “sterilliyini” təmin edir. İordaniya ilə İsrail arasında yerləşir. Onun ümumi sahəsi 810 kvadratmetrdir. Burada dəniz faunası yoxdur. Hətta bakteriyalar da burada olmur. Yüksək sıxlıq səbəbiylə Ölü dəniz sularında boğulmaq mümkün deyil. Ölü dənizin suyu şəfalı olduğu üçün hər il bura turist axını olur.    

3. Sarqas DəniziŞimali Amerika materikinin yaxınlığında Atlantik okeanında yerləşir. Bu dənizin unikallığı təkcə şəffaflığında deyil, həm də sahilinin olmamasındadır. Sarqas dənizi bütün dənizlərdən sahilsiz olması, okean ilə sualtı tirələr vasitəsilə ayrılmasına görə fərqlənir. Dənizdə suyun ümumi sahəsi təxminən 7 milyon kvadratmetrdir. Ərazisinin böyük hissəsini saqassum adlı qonur rəngli yosunlar örtmüşdür. Dəniz xaricində ümumi kütlələri 4—11 mln ton olaraq qiymətləndirilir. Onların bu ərazidə böyük miqdarda toplanmasının səbəbi dəniz axınlarıdır. Dənizdə çoxsaylı və rəngarəng canlı növləri yaşayır: müxtəlif növ balıqlar, dəniz tısbağaları dənizin daimi sakinləridir. Burada su çox isti olur, hətta qış mövsümündə su +26 dərəcədən aşağı düşmür. Sarqas dənizinin maksimum dərinliyi 7 min metr təşkil edir. 1492-ci ildə Xristofor Kolumb Atlantik okeanında bir dəniz kəşf edir və bu dənizi “Böyük üzümlər yığımı” mənasına gələn “Sarqas” adlandırır.