Kamerun sahilində Yunanıstan tankerinə hücum olub

261

Naməlum şəxslər Atlantik okeanının Kamerun sahilində Yunanıstanın “Happy Lady” tankerinə basqın edib və 8 nəfəri qaçırıblar.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Donanma və Adalar Siyasəti Nazirliyindən bildirilib.

Məlumata görə, qaçırılan şəxslərin 5-i Yunanıstan, 2-si Filippin, biri isə Ukrayna vətəndaşıdır. Hücum nəticəsində ekipaj üzvlərindən biri yaralanıb.