Britaniya gəmiləri Hörmüz Boğazından keçərkən Kral Dəniz Qüvvələri tərəfindən müşayiət olunacaq

258

Böyük Britaniyaya məxsus ticarət gəmiləri Hörmüz Boğazından keçərkən Kral Dəniz Qüvvələri tərəfindən silahla müşayiət olunacaq.

AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Ben Uollas qərarın Britaniya hökuməti tərəfindən imzalandığını açıqlayıb. Uollas hökumətin gəmilərini və vətəndaşlarını qorumaq üçün lazımi addımlar atdığını bildirib. Baş verən son hadisələrdən sonra Britaniyanın İraqdakı hərbi bazalarında təhlükəsizlik tədbirləri gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır