Qasırğa İstanbulda fəsadlar törətdi

273

Istanbulda iki gün davam edən qasırğa ciddi fəsadlar törədib.

Trend-in məlumatına görə, təbiət hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

128 evə ziyan dəyib. Şəhərin bəzi rayonlarında dərslər dayandırılıb.

Qeyd olunur ki, İstanbulda kəskin hava şəraiti yanvarın 10-dək davam edəcək.