Türkiyənin “Yavuz” gəmisi Aralıq dənizində 2-ci qazma əməliyyatını tamamlayıb

304

“Yavuz” üzən kəşfiyyat-qazma gəmisi Türkiyənin Aralıq dənizinin şərq hissəsindəki milli sektorunda 2-ci qazma əməliyyatını tamamlayıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Şimali Kiprdə Famagusta Körfəzindəki “Karpaz-1” quyusunda ilk qazma əməliyyatını həyata keçirən 6-cı nəsil qazma gəmisi “Güzelyurt-1” sahəsindəki 2-ci qazma əməliyyatını da başa vurub. Gəmi hazırda Mersinin Taşucu limanına yan alıb.

Təxminən 3 aylıq qazma işlərindən sonra limana qayıdan uzunluğu 230 metr və eni 36 metr olan gəmi müvafiq təmir-bərpa işlərindən sonra yenidən Aralıq dənizində qazma işlərinə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır