Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb

259

Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, azı 11 nəfər ölüb.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, ölənlərin səkkizi uşaqdır.

Məlumata görə, qayıq Çeşmə şəhərinin Egey dənizi sahillərində batıb. Hadisə zamanı qayıqda 19 nəfər olub.