Bakı Limanının Azərbaycana ilk dəfə səfər edən Türkmənistana məxsus “Ro-Pax” tipli “Berkarar” gəmi-bərəsini qəbul etməsindən 5 il keçir

358

5 il bundan öncə ilk səfəri zamanı Azərbaycana 47 TIR və 8 sərnişinlə gələn gəminin Bakı-Türkmənbaşı xəttində işləməsi iki ölkə arasında daşıma imkanlarını daha da artırır və eyni zamanda, TIR-ların daha qısa müddətdə qəbul edilib yola salınmasına imkan yaradır. “Berkarar” gəmisi Türkmənistanın sifarişi ilə Xorvatiyanın “Ulyanik” tərsanəsində yığılıb və 2014-cü il dekabrın 5-də Türkmənistana gətirilib. Gəminin uzunluğu 155,8 metr, eni 17,5 metr, hündürlüyü isə 12,2 metrdir. Gəmi birdəfəyə 200 sərnişin götürə bilir, yükgötürmə qabiliyyəti 2400 tondur və 54 ağır yüklü təkərli texnika (TIR) daşıya bilir.

Eyni zamanda, bildirmək istərdik ki, 5 il ərzində “Berkarar” gəmisi vasitəsi ilə hər iki istiqamətdə 21,821 təkərli texnika (TIR) və onminlərlə sərnişin daşınması həyata keçirlib.