Macarıstan hökuməti əhalinin balıq istehlakını artırmaq niyyətindədir

250

Balıq rasionumuz üçün ən dəyərli və vacib komponentlərdən biridir. Onun tərkibi orqanizm üçün zəruri olan vitamin və mikroelementlərlə zəngindir.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Macarıstan hökumətinin əhalinin balıq məhsulları istehlakının artırılmasını stimullaşdırmaq yolları barədə müzakirəsi məhz bu nöqteyi-nəzərdən irəli gəlib.

Son 10 il ərzində bu ölkədə istehlak nəzərəçarpacaq dərəcədə artıb. Lakin aidiyyəti nazirliklərin təmsilçilərinin qeyd etdiyi kimi, bu göstərici Avropa İttifaqına üzv ölkələrin orta göstəricisindən xeyli aşağıdır. Bu səbəbdən Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi orta illik göstəricinin iki dəfə artırılmasını qarşısına məqsəd qoyub. Bundan başqa, məlumdur ki, balıqçılıq kənd regionlarının sabitliyinə və dayanıqlı inkişafına yardım edir və əhalinin şəhərlərə axınını azaldır.

Bu tədbirlərdən biri kimi balıq ətinə əlavə dəyər vergisini 27 faizdən 5 faizədək azaltmaq qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır