Misir beynəlxalq şirkətlərlə 9 neft və qaz kontraktı imzalayıb

275

Misir beynəlxalq şirkətlərlə 9 neft və qaz kontraktı imzalayıb. AZƏRTAC KUNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Misirin Neft və Mineral Ehtiyatlar naziri Tareq Al-Mulla məlumat verib. Kontraktlar Shell, Apache Oil Corporation, Petronas və BP şirkətləri ilə imzalanıb. İmzalanan sənədlərə əsasən, Misirin Səhra bölgəsində 84 neft quyusu qazılacaq.

Kontraktları imzalayan nazir bildirib ki, dörd beynəlxalq şirkətlə Aralıq dənizi və Qərbi Səhrada yerləşən yataqlarda birgə neft və qaz hasilatına dair kontraktın ümumi dəyəri 452,3 milyon dollardır. O əlavə edib ki, neft və qaz hasilatının artırılması Misir hökumətinin yaxın gələcəkdə əsas hədəfidir. Nazirin sözlərinə görə, əldə olunacaq gəlirlər energetika sektorunun daha dayanıqlı olmasına sərf ediləcək.

Qeyd olunub ki, Misir 2014-cü ilin iyulundan bəri 79 neft kontraktı imzalayıb və bunun sayəsində ölkə regionun enerji habına çevrilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır