Ötən il Azərbaycan Gürcüstanın əsas ixrac tərəfdaşı olub

248

Ötən il Gürcüstan Azərbaycana 498 milyon 709,4 min dollar dəyərində məhsul ixrac edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Hesabat ilində Azərbaycanın qonşu ölkənin ümumi ixracındakı payı 13,2%-ə bərabər olub. Azərbaycan 2019-cu ildə Gürcüstanın birinci əsas ixrac tərəfdaşı olub.

İllik müqayisədə Gürcüstanın Azərbaycana ixracı 0,7% azalıb.