Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar

255

“DiaNeoSis” təşkilatının apardığı sorğuya əsasən, yunanlar miqrant axınına qarşı ölkələrinin tab gətirməyəcəklərindən narahatdırlar. Sorğuda iştirak edənlərin 72 faizi hökumətin miqrant axınına qarşı daha sərt olmasını arzulayırlar. 85 faiz miqrantların həddən çox olmasından gileylənir. 88 faiz hökumətin Avropa İttifaqından tezliklə yardım alınmasına ehtiyac olduğunu bildirib. Yalnız 5 faiz sorğu iştirakçıları hökumətin bu istiqamətdə apardığı fəaliyyətdən razı olduğunu deyib.

Qeyd edək ki, Yunanıstan artıq bir neçə ildir ki, miqrant axını ilə üzləşib. Qaçqınların gəlişi bir müddət azalsa da, son zamanlar onların sayı yenidən çoxlamağa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır