ASCO koronovirusa qarşı zəruri profilaktik tədbirlər görür

286

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Çində yayılmış koronavirusla əlaqədar (“2019-nCoV”) zəruri profilaktik tədbirlər həyata keçirir.

ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti (KSƏTƏMM) radioqramma vasitəsi ilə koronavirusun sinptomları, virusdan qorunma yolları barədə dənizçiləri məlumatlandırıb. Maarifləndirmə məqsədilə əməkdaşların e-mail ünvanlarına virusla bağlı xüsusi hazırlanmış  “Təhlükəsizlik bülleteni” də göndərilib.

Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmilərinin heyət üzvlərinin əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələrlə təmin olunması barədə tapşırıq verilib.

Bütün bunlarla yanaşı, gəmilərdə sanitar-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsinə nəzarət olunur.

Mənbə: https://asco.az/asco-koronovirusa-qarsi-zeruri-profilaktik-tedbirler-gorur/