BP Azərbaycanda sosial investisiyalarını artırıb

278

2019-cu il ərzində BP şirkəti  Azərbaycanda sponsorluq etdiyi sosial investisiya layihələrinə 1,2 mln. ABŞ dolları vəsait xərcləyib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2019-cu ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

 Bu, 2018-ci il göstəriciləri ilə müqayisədə bu rəqəm 0,1 mln ABŞ dolları və ya 9,09% çoxdur.

Bundan başqa, ötən il ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda mln. ABŞ dolları xərcləyiblər.

Qeyd edək ki, 2019-cu ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 534 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə eynidir.

Bildirilib ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.