Böyük Britaniyanın Duvr limanında 70 miqrant saxlanılıb

335

Böyük Britaniyanın Kent qraflığındakı Duvr limanında 70 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, içərisində miqrantların olduğu qayıqların Duvr limanını keçməsinin qarşısı alınıb. Qayıqlarda ingilis və fransız patrul xidməti tərəfindən genişmiqyaslı axtarış aparılıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında 39, dekabr ayında 69 miqrant saxlanılıb, 100 nəfər isə qaçaqmalçılığa görə həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır