Ötən il 63 min 84 ton balıq ovlanıb

312

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ötən il ölkədə 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ovlanmış balığın 694,0 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20,0 tonu dabanbalığı, 10,0 tonu sıf, 8,2 tonu şamayı, 5,0 tonu naxa, 3,4 tonu qarasol, 2,0 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşmüşdür. Ötən il balıqçılar tərəfindən kvota üçün 101,6 min manat ödənilib.

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə ötən il ilkin məlumata görə 63 min 84 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır