Tarixdə ən bahalı boşanmalardan biri – Azərbaycan əsilli milyarder həyat yoldaşına 588 milyon dollar ödəməlidir

377

Dubay Apellyasiya Məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarderin 436 milyon dəyərindəki super yatxasına qoyulmuş dondurulma əmrini ləğv edib. Yaxta tarixdəki ən bahalı boşanma çəkişmələrindən birinin mərkəzindədir.

Neft və qaz maqnatı Fərhad Əhmədov London məhkəməsinin qərarına əsasən boşanma səbəbi ilə keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya sərvətinin 40 faizini – 588 milyon dollar ödəməlidir. Bu isə tarixin ən bahalı boşanma əməliyyatlarından biri kimi qeydə alınıb.

Lakin Fərhad Əhmədov bu məbləği ödəmədiyi üçün London məhkəməsi onun sərvətinin dondurlması qərarı çıxarıb. Bu səbəbdən də Əhmədova məxsus M.V.Luna adlı super yaxta Dubayda müsadirə edilmişdi.

Luna super yaxtası Əhmədov tərəfindən 2014-cü ildə satın alınmamışdan əvvəl digər rusyalı milyarder Roman Abramoviç üçün inşa edilmişdi. Yaxta 9 göyərtəyə, iki helikopter meydançasına geniş hovuza, mini sualtı qayığa və 50 heyət üzvünə malikdir.

Forbes jurnalı Fərhad Əhmədovun sərvətinin təxminən 1,4 milyard dollar dyərində olduğunu təxmin edir. ABŞ Xəzinədarlıq Departamenti onu sanksiyalar təqtbiq olunan, qondarma “oliqarxlar” adı ilə tanınan və Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslər siyahısına salıb.