Tramp Kamboca hakimiyyətinə “Westerdam” laynerini qəbul etdiyi üçün təşəkkür edib

282

ABŞ prezidenti Donald Tramp, Kamboca hakimiyyətinə “Westerdam” kruiz gəmisinin krallığın limanına girməsinə icazə verdiyi üçün təşəkkür edib.

Trend-in məlumatına görə, ABŞ rəhbəri “Twitter” səhifəsində yazıb: “Amerikanın “Carnival Cruise Lines” şirkətinin “Westerdam” laynerini qəbul etdiyi üçün gözəl Kambocaya təşəkkür edirəm. ABŞ sizin nəzakətinizi xatırlayacaq”.

Xatırladaq ki, 1445 sərnişini və 802 ekipaj üzvü olan “Westerdam” gəmisi fevralın 1-də Honq Konqdan səfərə çıxıb. Kruiz layneri Yaponiyanın bir sıra limanlarında dayanmağı planlaşdırıb, lakin koronavirusla əlaqədər olaraq Yaponiya, daha sonra isə Filippin, Tayvan və Tayland gəmini ölkə limanlarına buraxmayıblar.