Alimlərdən dəhşətli proqnoz – Onların ömrünə 80 il qalıb – FOTO

425

Mərcan qayaları 2100-cü ili görməyəcək.

BAKU.WS xəbər verir ki, yeni bir araşdırma zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, həm qayalar, həm də yaşayış yerləri məhv olmaq təhlükəsi ilə üz-üzədir.

ABŞ-ın San Dieqo şəhərində Okean Elmləri Konfransında paylaşılan araşdırmada qeyd olunub ki, qayaların yalnız 80 il ömrü qalıb.

Həmçinin bildirilir ki, 2100-cü ili görə biləcək çox az mərcan qayaları var.

Ehtimal olunur ki, Mərcan riflərinin çoxu 2045-ci ilə qədər yox olacaq.

Qeyd edək ki, mərcan riflərinin sonunu gətirən qlobal istiləşmədir.

Havaların istiləşməsi səbəbi ilə qayaların yerləşdiyi bölgələrdə yaşayan simbiyotik yosunlar daha çox turşu ifraz etməyə başlayır.

Bu da mərcan bölgələrində suyun turşuluğunun artmasına səbəb olur.

Həddindən artıq turşu mərcan qayalarını ağardır. Təbii ki, bu da mərcan qayaları üçün ölüm deməkdir.

Son olaraq qeyd edək ki, mərcan rifi dənizlərin dayaz hissələrində toplanan mərcan skeletlərindən ibarətdir.