Hindistan donanmasının aktivinə sualtı qayıq əleyhinə daha bir gəmi əlavə olunub

270

Hindistan Dəniz Qüvvələri Hind okeanındakı donanmasının aktivinə sualtı qayıq əleyhinə korvet əlavə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmi dövlətə məxsus “Garden Reach Shipbuilders and Engineers Ltd” tərəfindən istehsal olunub.

Qeyd olunur ki, korvet sualtı qayıqlara məhv edlə biləcək torpedalar, raket buraxılış qurğuları kimi silahlarla təchiz olunub.

“Kavaratti” adlandırılan gəminin uzunluğu 109 metrdir və bu sinfə məxsus dörd gəmidən sonuncudur. Bu sinif döyüş gəmiləri nüvə, bioloji və kimyəvi müharibə şəraitində mübarizə aparmaq üçün də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır