Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir

327

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir.

Trend-in məlumatına görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (qiymət təklifi istisna olmaqla) 5 mart 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 mart 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 10 mart 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Əlaqə telefonları: 599-00-03 (1402).

Satınalma Komissiyası