Antarktidada qırmızı qar yağıb – FOTO

311

Hazırda yay fəslinin olduğu Antarktidada Ukraynanın “Akademik Vernadskiy” tədqiqat stansiyası yerləşən ərazidə qırmızı qar yağıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Elm və Təhsil Nazirliyi “Facebook” səhifəsində xəbər paylaşıb.

Bərk şaxtadan qorxmayan, bir qədər isinmə olanda sporaları böyüməyə başlayan Chlamydomonas nivalis adlı mikroskopik yosunların qara qırmızımtıl çalar verdiyi bildirilir.

Nazirlik bənzər halların Arktikada, həmçinin yüksək dağlıq ərazilərdə də rast gəlindiyini qeyd edib.