“Dəniz Kuboku” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirildi

249

Fevralın 26-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkili məqsədi ilə iştirakçı ölkə orduları nümayəndələrinin işçi görüşü keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. 

Azərbaycan, Rusiya və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər və görüləcək işlər müzakirə edilib.

Sonda yekun protokol imzalanıb.