Gəmidə koronavirusa yoluxanların sayı 700-ü ötdü

229

Yaponiyada karantinə alınan “Diamond Princess” gəmisində daha 14 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Beləliklə, kruiz gəmisində epidemiyaya yoluxanların sayı 705-ə çatıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 278-dən çoxdur.