Xəzər dənizində maqnitudası 4.6 olan zəlzələ baş verib

237

Fevralın 26-da Nardaran seysmoloji stansiyasından 112 kilometr şimal-şərqdə – Xəzər dənizində maqnitudası 4.6 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:51:21-də qeydə alınıb.

Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır