Türkiyədə sərnişin gəmisi saya oturdu

268

Türkiyənin Çanaqqala vilayətində, Mərmərə dənizi sahilində sərnişin gəmisi saya oturub.

Trend-in məlumatına görə, gəmidə 50-dən çox sərnişin var.

Hazırda sahil-mühafizə xidmətinin xilasediciləri sərnişinləri gəmidən təxliyə edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlərin həyatına təhlükə olmadığı deyilir.