ABŞ-da balıqçı 17 kiloqramlıq balıq tutdu

288

ABŞ-ın Nyu Hempşir ştatında yerli balıqçı nəhəng alabalıq tutub.

Trend-in məlumatına görə, 17 kiloqram çəkisi olan balıq ştat ərazisində tutulan ən iri balıq olub.

Qeyd olunur ki, Nyu Hempşirdə indiyədək tutulan ən iri balığın çəkisi 12 kiloqram təşkil etmişdi.

Balıqçı həmin balığı restoran sahibi olan dostuna verəcəyini deyib.