ASCO-da Ehtiyat Kadr Bazasının formalaşdırılması məqsədilə növbəti test imtahanları keçiriləcək

292

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-nin (ASCO) siravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının formalaşdırılması məqsədi ilə növbəti test imtahanları keçiriləcək.

Test imtahanları yaxın günlərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında nəzarət kameraları ilə təchiz olunmuş imtahan otağında nəzarətçilərin müşahidəsi ilə təşkil ediləcək.

İmtahanlara ASCO-nun rəsmi internet səhifəsində 12.12.2019 tarixində yerləşdirilmiş üç ixtisas üzrə (elektrik, motorçu, matros) elanlara müraciət edən 576 nəfər arasından vakansiya tələblərinə uyğun 255 namizəd dəvət edilib.

Ehtiyat Kadr Bazasının yaradılmasında məqsəd dənizçilik sahəsində orta ixtisas və ali təhsil almış və karyerasını bu sahə üzrə qurmaq istəyən gənclərə dəstək olmaq, gələcəkdə yaranacaq işçi ehtiyacını Ehtiyat Kadr Bazasının hesabına dərhal bağlamaqdan ibarətdir.

Mənbə: https://asco.az/asco-da-ehtiyat-kadr-bazasinin-formalasdirilmasi-meqsedile-novbeti-test-imtahanlari-kecirilecek/