Estoniya kruiz gəmiləri üçün limanları bağlayır

257

Kruiz gəmiləri mayın1-dək Estoniyaya daxil ola bilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Estoniyanın Baş Naziri Yuri Ratas söyləyib.

Baş Nazirin sözlərinə görə, hökumət koronovirus səbəbi ilə kruiz gəmilərinin ölkə limanlarına girişinə qadağa qoymaq barədə qərar qəbul edib.

Bunun üçün ölkənin İqtisadiyyat və Rabitə Nazirliyinə müvafiq qətnamə hazırlamaq barədə tapşırıq da verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır