Amerikalı nəhəng balığa görə üç akula ilə döyüşə girdi – VİDEO

296

ABŞ-ın Florida ştatından olan Kol Harrison Sakit okeanda balıq ovlayarkən maraqlı, eyni zamanda da təhlükəli hadisə ilə üzləşib.

“LADbible” saytının məlumatına əsasən, 29 yaşlı amerikalı nəhəng tunes tutub. Lakin balığa üç ac akula hücum edib və onu Kolun əlindən almağa çalışıb.

Bu zaman o, kömək üçün qayıqda olan dostlarına müraciət edib. Nəhayət, onların köməyi ilə balıqçı tunesi akulalardan ala bilib.

“Əlbəttə, akulaların mənə hücum edəcəyindən qorxurdum, lakin biz qalib gəldik və tunesi onlardan ala bildik”, – deyə Kol bildirib.