Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 50%-ə yaxın artıb

231

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 5,036 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.

Yanvar-fevral aylarında xarici ticarət dövriyyəsinin 3,249 milyard ABŞ dolları ixracın, 1,787 milyard ABŞ dolları isə idxalın payına düşüb. 

Son 1 ildə ixrac 3,1% artıb, idxal isə 17,5% azalıb.

Son nəticədə xarici ticarətdə 1,462 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 48,3% çoxdur.