Dənizçilərin adından məcburi köçkün ailələrinə sovqat paylanılıb

219

Hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər. 

Bu barədə “Report”a qurumdan məlumat verib.

Dənizçilər əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.

Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə və ASCO-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bayram arzularını dilə gətiriblər.