Azərbaycanda sahildə matrosun meyiti tapıldı

252

Lənkəran rayonunda dəniz sahilində kişi meyiti aşkarlanıb.

Report-un xəbərinə görə, martın 18-də “Xəzər Balıq” MMC-yə məxsus “Mirməhəmməd” adlı gəminin matrosu işləmiş rayon sakini, 1960-cı il təvəllüdlü Həsən Həsənovun meyiti şirkətin direktor müavini Azər Əskərov tərəfindən dəniz sahilinin yaxınlığında tapılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.