ASCO Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürüb

262

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Bu barədə ASCO-dan məlumat verilib.

Məlumata görə, ASCO Fonda 500 min manat məbləğində vəsait köçürüb.

Eyni zamanda, koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir.

Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və “qaynar xətt” də fəaliyyət göstərir.