Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat ayırıb

255

Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov AZƏRTAC-a bildirib ki, agentlik Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat məbləğində vəsait köçürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır