Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımaları 28% artıb

365

Azərbaycanda dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-fevral aylarında 969,6 min ton yük daşınıb, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% azdır. 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü dəniz nəqliyyatı ilə daşınmış yüklərin 39,8%-ı neft yükləri təşkil edib. 

“Dəniz limanları tərəfindən 1541,7 min ton həcmində (hesabat dövrü –  red.) yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1467,6 min tonunu və ya 95,2% tranzit yüklər təşkil edib” 

Məlumata əsasən, 2020-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 39,6 min ton olub. 

Yanvar-fevral ayları ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28% artaraq 3,2 min nəfər olub.