D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına bu il başlanacaq

257

D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3 ölçülü seysmik tədqiqat proqramı tam təhlükəsiz şəkildə həyata keçirilmiş və mart ayının 14-də başa çatıb.

BP-nin Bakı ofisindən APA-ya verilən məlumatda bildirilir ki, SOCAR-la, həmçinin seysmik əməliyyatları həyata keçirən podratçı şirkət “Caspian Geophysical”la əməkdaşlığımın nəticəsi olaraq 3-ölçülü seysmik tədqiqat layihəsi uğurla və qrafikə uyğun tamamlanıb. Növbəti addım əldə edilmiş məlumatların emal edilməsidir.

“Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlamaq niyyətindəyik”, – deyə məlumatda bildirilir.