SOCAR tender elan edib – SİYAHI

316

SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Qaz emalı zavodu tərəfindən “Qaz emalı zavodunun istehsalat sahələrində istismar olunan istilik avadanlıqlarına texniki xidmət və təmir işləri”nin satın alınması üzrə müsabiqə elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 02.04.2020-ci il (ən geci müsabiqə təkliflərinin təqdim olunmasının son tarixindən yeddi iş günü əvvəl), saat 16:30-dək Azərbaycan dilində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi qazma baltalarına olan tələbatını təmin etmək məqsədilə 11036AM-20 saylı açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 24.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi nasos kompressor borusuna olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti polad abraziv materialına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Kompleks qazma işləri” tresti muftalı qoruyucu borulara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə zərflərin açılışı tarixinin uzaldıldığını elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 29.03.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti yanğınsöndürmə balonlarının təmiri, təkrar doldurulması və yanğınsöndürmə vasitələrinin alınmasına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti qaynaq aparatlarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Neftqaztikinti” tresti düztikişli elektrik qaynaqlı 530x12mm ölçülü polad boruya olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Qaz İxrac” İdarəsi odarant qurğularının ehtiyat hissələrinə olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə müvafiq tarixlərin dəyişdirilməsini elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 03.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.

Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.