ASCO ailəsinə ağır itki baş verib

328

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) kollektivinə ağır itki baş verib.

DenizXeber.az “Müstəqil.Az”-ə istinad edərək xəbər verir ki, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının növbə mexaniki Natiq Bəşirov infarkt səbəbindən evində olarkən vəfat edib. O, doğulduğu Astara rayonunda dəfn olunub.

Gəmiçiliyin mətbuat xidməti, ASCO ailəsi olaraq həmkarımızın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr arzuladıqlarını bildirib.

Qeyd edək ki, Natiq Bəşirov 1979-cu il sentyabrın 10-da Astarada doğulub. Bakı Dəniz Yolları Məktəbinin Gəmi energetik qurğularıvə onların istismarı ixtisası üzrə təhsil alıb. 1998-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində motorçu kimi işə başlayıb. O, ayrı-ayrı illərdə gəmiçiliyin bir çox gəmilərində müxtəlif vəzifələrdə çalışıb. İşgüzarlığı və zəhməti ilə daim fərqlənən dənizçi ətrafdakıların böyük hörmətini və rəğbətini qazanmağı da bacarıb, – ASKO-nuin mərhumla bağlı yayınladığı başsağlığında deyilir.
Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimaii Birliyi də Natiq Bəşirovun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyir.